DOST Mərkəzində Çexovun “Təklif” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olub

DOST Mərkəzində Çexovun “Təklif” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olub DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində görkəmli rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexovun eyniadlı pyesi əsasında hazırlanmış “Təklif” tamaşasının premyerası olub.
İncəsənət
26 İyul , 2022 19:50
DOST Mərkəzində Çexovun “Təklif” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olub

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində görkəmli rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexovun eyniadlı pyesi əsasında hazırlanmış “Təklif” tamaşasının premyerası olub.

"Report" xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Prezidentin Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikultralizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, səhiyyə nazirinin müavini İlqar Qasımov, Milli Məclisinin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev və digər dövlət, hökumət nümayəndələri iştirak edib.

Satirik janra aid olan əsərdə kübar görünməyə çalışan meşşan cəmiyyətinin problemləri əks olunur. Əsərdə hadisələr 3 əsas qəhrəman ətrafında cərəyan edir.

Tamaşanın quruluşçu rejissoru Mərkəzin səhnə ifaçılığı üzrə təlimçisi, tanınmış rejissor Əbdülqəni Əliyev, bəstəkarı musiqi sahəsi üzrə təlimçi, əməkdar artist Vüqar Camalzadə, baş xoreoqrafı rəqs üzrə təlimçi xalq artisti Rüfət Xəlilzadə, bal rəqsləri üzrə xoreoqrafı isə təlimçi Fərid Mehdiyevdir.

İnklüziv tamaşada Mərkəzdə təlimlərə cəlb olunmuş əlilliyi olan şəxslər, həmçinin peşəkar aktyorlar və rəqqaslar çıxış ediblər.

Tamaşa üçün xüsusi musiqi bəstələnərək, Mərkəzin benefisiarlarının ifasında səsləndirilib. Müxtəlif və zəngin çalarlı səhnə libaslarını mərkəzin dərzilik kursunun benefisiarları ərsəyə gətirib. 55 dəqiqə davam edən səhnə əsəri üçün xüsusi dekorasiyalar da hazırlanıb.

Səhnə əsərinin baş rollarından yeddisini əlilliyi olan şəxslər ifa ediblər. Məqsəd istedada malik əlilliyi olan və olmayan şəxslərin incəsənətdə inklüziv şəraitdə birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, cəmiyyətə “Əlillik qüsur deyil” mesajını çatdırmaqdır.

Yaradıcı heyət 2018-ci ildən inklüziv "Əsa", "Küllücə" və "Oyun" teatrları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində ötən dövrdə "Göy quş", "Nəsimi", "And" və "Solğun çiçəklər" tamaşaları hazırlanaraq teatrsevərlərə təqdim edilib və böyük maraqla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi