"Dharmendra-Məhəbbət elçisi" sənədli bioqrafik filmin təqdimatı keçirilib

"Dharmendra-Məhəbbət elçisi" sənədli bioqrafik filmin təqdimatı keçirilib Bakı. 27 dekabr. REPORT.AZ/ Bakıda Namiq Qurbanın hazırladığı Dharmendra-Məhəbbət elçisi sənədli bioqrafik filmin təqdimatı keçirilib.
İncəsənət
27 Dekabr , 2017 17:26
Dharmendra-Məhəbbət elçisi sənədli bioqrafik filmin təqdimatı keçirilib
Report

Bakı. 27 dekabr. REPORT.AZ/ Bakıda Namiq Qurbanın hazırladığı "Dharmendra-Məhəbbət elçisi" sənədli bioqrafik filmin təqdimatı keçirilib.

"Report" xəbər verir ki, təqdimatda Hindistanın Azərbaycandakı səfiri Sancay Rana, filmin rejissoru və bir sıra incəsənət xadimləri iştirak ediblər.

47 dəqiqəlik xronometrajlı film məşhur hind aktyoru Dharmendra Deolun yaradıcılığı və həyatına həsr olunub.

Namiq Qurbanov filmin Azərbaycan-Hindistan mədəniyyətləri arasında bir dostluq körpüsü olduğunu deyib.

Azərbaycan dilində hazırlanan film rus və ingilis dillərinə tərcümə olunub, hazırda hind və ərəb dillərinə tərcümə olunur.

Son xəbərlər

Orphus sistemi