Dağıstandakı Azərbaycan Dram Teatrı Türkiyədə tamaşa ilə çıxış edib

Dağıstandakı Azərbaycan Dram Teatrı Türkiyədə tamaşa ilə çıxış edib Bakı. 5 mart. REPORT.AZ/ Rusiyanın Dağıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrı Türkiyənin Mersin şəhərində keçirilən V Türk Dünyası Teatr Günlərində iştirak edir.
İncəsənət
5 Mart , 2019 18:17
Dağıstandakı Azərbaycan Dram Teatrı Türkiyədə tamaşa ilə çıxış edib

Bakı. 5 mart. REPORT.AZ/ Rusiyanın Dağıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrı Türkiyənin Mersin şəhərində keçirilən V Türk Dünyası Teatr Günlərində iştirak edir.

“Report” xəbər verir ki, Azərbaycan teatrı Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” əsəri əsasında hazırladğı eyniadlı tamaşanı təqdim edib.

Sərvər Əliyevin rejissoru olduğu və 12 aktyorun rol aldığı tamaşa martın 16-dək davam edəcək V Türk Dünyası Teatr Günlərində nümayiş etdirilən ilk tamaşa olub.

Mersin şəhər bələdiyyəsinin baş katibinin müavini Hasan Gökbel çıxışında Azərbaycan teatrına təşəkkürünü bildirib: “Teatr hamımızın bildiyi kimi birləşdirici, düşündürücü və əyləndirici ünsürləri özündə birləşdirən çox gözəl bir sənət nümunəsidir. Türk Dünyası Teatr Günlərinin təşkilinin əsas məqsədi türk mədəniyyətinin ortaq dəyərlərinin tamaşalarla səhnədə təqdim olunmasıdır”.

Azərbaycan Dövlət Dram Teatrı həmçinin Kayseri şəhərinin Erciyes Universitetində də “Dağılan tifaq” tamaşası ilə çıxış edib. Səhnə əsəri ali məktəbin müəllim və tələbələri tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Universitetin Ədəbiyyat fakültəsinin dekanı, professor Dr. Ali Aktan Azərbaycan teatrının aktyorlarını təşəkkürnamə və sertifikatlarla təltif edib. 

Son xəbərlər

Orphus sistemi