“Cumhuriyyətə gedən yol” adlı elmi-praktik konfrans keçirilib

“Cumhuriyyətə gedən yol” adlı elmi-praktik konfrans keçirilib Seminarda tarixçi alimlər məruzələrlə çıxış ediblər
İncəsənət
28 Sentyabr , 2017 17:02
“Cumhuriyyətə gedən yol” adlı elmi-praktik konfrans keçirilib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə “Cumhuriyyətə gedən yol” adlı elmi-praktik seminar keçirilib. 

İdarədən "Report"a verilən məlumata görə, tədbirdə tarixçi alimlər, KİV nümayəndələri və “İçərişəhər” Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əməkdaşları iştirak edib.

Seminarda tarixçi alimlər “Azərbaycan milli hərəkatında Fevral inqilabının rolu və əhəmiyyəti”, “Rusiya müsəlmanlarının azadlıq mübarizəsində Azərbaycan milli hərəkatının yeri”, “Azərbaycan milli hərəkatının əsasları”, “Azərbaycan muxtariyyəti və bolşeviklərin mövqeyi”, “Ə.M.Topçubaşovun ictimai-siyasi fəaliyyəti”, “Qafqaz müsəlmanları qurultayının Azərbaycan milli hərəkatında yeri”, “Birinci dünya müharibəsinin əvvəllərində Osmanlı dövlətinin Qafqaz siyasəti və müstəqil Azərbaycan ideyası” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda alimlərin mövzuya dair çıxışları ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi