Conni Depp xərçəng xəstələrinə bayram hədiyyəsi edib - FOTO

Conni Depp xərçəng xəstələrinə bayram hədiyyəsi edib - FOTO Bakı. 28 dekabr. REPORT.AZ/ Tanınmış amerikalı aktyor Conni Depp “Karib dənizinin quldurları” filmlərində oynadığı Cek Sparlou (Cek Sərçəcik) adlı pirat kapitanının geyimində Parisin Küri İnstitutunda müalicə alan xərçəng xəstələrinin qonağı olub.
İncəsənət
28 Dekabr , 2018 23:27
Conni Depp xərçəng xəstələrinə bayram hədiyyəsi edib - FOTO

Bakı. 28 dekabr. REPORT.AZ/ Tanınmış amerikalı aktyor Conni Depp “Karib dənizinin quldurları” filmlərində oynadığı Cek Sparlou (Cek Sərçəcik) adlı pirat kapitanının geyimində Parisin Küri İnstitutunda müalicə alan xərçəng xəstələrinin qonağı olub.

“Report” institutun “İnstagram” səhifəsinə istinadən xəbər verir ki, aktyorun qəfil gəlməsi həm kiçik, həm də böyük xəstələr üçün, habelə onların yaxınları, həkimlər üçün əsl bayram hədiyyəsi olub:

"Conni Deppə bizə vaxtını və qüvvəsini ayırdığı üçün, dəstək göstərdiyi üçün çox-çox təşəkkür edirik”.

Səhifədə həmçinin aktyorun xəstələrlə və həkimlərlə çəkdirdiyi şəkillər də paylaşılıb.

Son xəbərlər

Orphus sistemi