Cinsi zorakılıqda ittiham olunan Keysi Afflek "Oskar" mükafatını verməkdən imtina edib

Cinsi zorakılıqda ittiham olunan Keysi Afflek "Oskar" mükafatını verməkdən imtina edib Afflek 2017-ci ildə "Dəniz kənarında Mançester" filmində aldığı rola görə "Ən yaxşı aktyor" nominasiyasında "Oskar" mükafatı alıb
İncəsənət
27 Yanvar , 2018 04:59
Cinsi zorakılıqda ittiham olunan Keysi Afflek Oskar mükafatını verməkdən imtina edib

Bakı. 27 yanvar. REPORT.AZ/ Amerika aktyoru və kinorejissor Keysi Afflek adının hallandığı seks-qalmaqaldan sonra "Oskar-2018" mükafatının təqdimetmə mərasimində iştirakdan imtina edib.

“Report” xəbər verir ki, bu yaxınlarda iki qadın aktyoru 2010-cu ildə lentə alınan "Mən hələ burdayam" filminin çəkilişləri zamanı cinsi zorakılıqda ittiham ediblər.

İndi Keysi 2018-ci ilin ən yaxşı aktrisasına qızıl heykəlciyi verməkdən imtina edib. Çünki qarşıda duran mərasim zamanı problemlər yaşana bilər.

Aktyor "Time's Up"ın və "#MeToo" hərəkatının təşəbbüsləri fonunda münaqişədən qorxub.

Afflek 2017-ci ildə "Dəniz kənarında Mançester" filmində aldığı rola görə "Ən yaxşı aktyor" nominasiyasında "Oskar" mükafatı alıb.

Son xəbərlər

Orphus sistemi