“CineMastercard” premium kinoteatrlar şəbəkəsi ilk dəfə Kann Film Bazarında (Marché du Film) iştirak edib.
"Report" xəbər veriri ki, “Kann Beynəlxalq Film Festivalı çərçivəsində keçirilən Kann Film Bazarı 1959-cu ildən etibarən hər il təşkil olunur və dünya üzrə ən böyük film bazarı olmaqla yanaşı, kino sənayesi peşəkarları üçün əsas hadisələrdən biridir.
Kann Film Bazarında Azərbaycanı “CineMastercard” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə təmsil edib. O, tədbirdə Hollivud və Avropa studiyalarının nümayəndələri ilə görüşərək gələcək əməkdaşlıqların imkanlarını müzakirə edib.
Z.Darabzadə həmçinin “CineMastercard” kinoteatrlar şəbəkəsinin yaxın gələcəkdə həyata keçirməyi planlaşdırdığı yeni texnoloji həlləri və innovativ yanaşmaları təqdim edib. Bunlara təkmilləşdirilmiş proyeksiya və səs sistemləri, eləcə də 4DX və ScreenX kimi film izləmə formatlarının genişləndirilməsi daxildir.
Bundan əlavə, Z.Darabzadə “CineMastercard” kinoteatrlar şəbəkəsinin beynəlxalq layihələrdə iştirakı və Azərbaycanda kinoteatrlarda xüsusi nümayişlər və premyeraların keçirilməsi perspektivlərini müzakirə edib. Bu təşəbbüslər yerli film bazarının inkişafına və dünya kinematoqrafiyası ilə mədəni əlaqələrin gücləndirilməsinə yönəlib.
“CineMastercard” innovasiyaları davam etdirərək tamaşaçılarına ən yaxşısını təqdim etməyi hədəfləyir və Azərbaycanda filmləri dünya premyeraları ilə eyni gündə göstərir. Kinoteatr hər bir tamaşaçıya unikal təcrübə yaşatmaq üçün çalışır, rahatlıq və yüksək keyfiyyətli xidmət təklif edir. Zallar ən müasir texnologiyalarla təchiz olunub və unudulmaz izləmə təcrübəsi təmin edir.
Bundan başqa, “CineMastercard” daimi müştərilər üçün xüsusi təkliflər, xüsusi nümayişlər və unikal tədbirləri əhatə edən bir sadiqlik proqramı tətbiq etməyi planlaşdırır. Bunun sayəsində kinoteatra ziyarət sadəcə bir film nümayişi deyil, bütün ailə üçün əsl əyləncə olacaq.
Kann Film Bazarında “CineMastercard” həmçinin öz kinoteatrlarında dayanıqlı təcrübələrin tətbiqi ilə bağlı planlarını təqdim edərək ekoloji təşəbbüslərə sadiqliyini nümayiş etdirdi. Bura enerjiyə qənaət edən texnologiyaların istifadəsi, plastik tullantıların azaldılması və yerli ekoloji layihələrin dəstəklənməsi daxildir.