“CinemaPlus”da qalmaqallı “Matilda” filmi nümayiş etdiriləcək - VİDEO

“CinemaPlus”da qalmaqallı “Matilda” filmi nümayiş etdiriləcək - VİDEO Ekran əsərinin nümayişi dünya premyerasından 3 gün öncə baş tutacaq
İncəsənət
142
23 Oktyabr , 2017 16:04
“CinemaPlus”da qalmaqallı “Matilda” filmi nümayiş etdiriləcək - VİDEO

Bakı. 23 oktybar. REPORT.AZ/ Premium kinoteatr “CinemaPlus 28 Mall”da qalmaqallı tarixi dram olan “Matilda” filminin nümayişi keçiriləcək.

"Report"un məlumatına görə, bu gün saat 19:15-də göstəriləcək ekran əsərinin nümayişi dünya premyerasından 3 gün öncə baş tutacaq.

Filmin senarisinin hazırlanmasında Amerika və Fransadan olan 10-dan çox ssenarist iştirak edib. Paltarların hazırlanmasına isə 17 tondan çox parça sərf olunsa da, cəmi 5 min geyim tikilib. 

Aleksey Uçitelin rejissoru olduğu filmdə Mixalina Olşanska, Lars Aydinger, Luiza Volfram, Danila Kozlovskiy və başqaları çəkilib. 

Ekran əsərinin süjet xətti sonuncu imperator və rus baletinin nüfuzunun möhürünü vurmuş balerina üzərində qurulub. Film rus tarixini dəyişməyə qadir bir eşq hekayəsidir. Bundan başqa, əfsanəyə çevrilmiş məhəbbətdən bəhs olunur. Hər bir insanın həyatında onu həmişəlik dəyişə biləcək günlər olur. Ən vacib gün gəldikdə isə sevginin sədasına səs verirsən. Amma imperator gözəlliyi ilə onu dəli-divanə edən rəqqasəni səvərsə vəziyyət dəyişir. Filmdə Uspenskiy kilsəsi, Kreml, çar imaratləri, Mariinskiy və Böyük teatrın səhnələri – bir sözlə, əbədi Rusiyanın döyünən ürəyindən danışılır. 

Premyeraya biletləri "Cinema Plus"un rəsmi saytında və eyni zamanda "CinemaPlus 28 Mall" kinoteatrın kassalarından almaq olar.

Son xəbərlər

Orphus sistemi