CinemaPlus-da “Milli kino günü” qeyd olunub 

CinemaPlus-da “Milli kino günü” qeyd olunub  "CinemaPlus Amburan Mall” premium kinoteatrda açıq səma altında “Olimpia” Azərbaycan filminin “Milli kino günü”nə həsr olunan tədbiri keçirilib.
İncəsənət
5 Avqust , 2022 11:46
CinemaPlus-da “Milli kino günü” qeyd olunub 

"CinemaPlus Amburan Mall” premium kinoteatrda açıq səma altında “Olimpia” Azərbaycan filminin “Milli kino günü”nə həsr olunan tədbiri keçirilib.

Kinoteatrdan "Report"a verilən məlumata görə, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasının ekran işi idman melodram janrındadır.

Tədbirin fəxri qonaqları arasında Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov, o cümlədən məşhur boksçular da olub:
• Fərhad Acalov – Müstəqil Azərbaycanın boks üzrə ilk dünya çempionu. Əməkdar İdman ustası, Əməkdar məsqçi.
• Fuad Aslanov –Afina yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. Əməkdar İdman ustası, Əməkdar məsqçi.
• Şahin İmranov - Pekin yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. Əməkdar İdman ustası, Əməkdar məsqçi.
• Sahib Bağırov – Dünya Avropa Mükafatçısı.
• Qalib Əbiyev - Azərbaycan çempionu. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdmanın təkmübarizlik növləri kafedrasının müdiri, fəlsəfə doktoru, professor, beynəlxalq dərəcəli hakim.
• Vahid Vəliyev - Azərbaycan Respublikasının Əməkdar məşqçisi, SSRİ idman ustası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının baş müəllimi, kafedrasının dosenti.

Filmin rejissoru və prodüseri Əli-Səttar Quliyev, ssenari müəllifli Rüstəm Babazadə, təsvir rejissoru Nadir Mehdiyev, ikinci rejissoru Akif Rüstəmov, rəssamı Arif Niftiyev, bəstəkarı Roman Şulqa, icraçı prodüseri Tərlan Babayev, səs rejissoru isə Teymur Kərimovdur.

Rollarda: Qurban İsmayılov, Kəmalə Israfilova, Vidadi Həsənov, Mabud Məhərrəmov, Həcı Ismayılov, Rasim Cəfər, Günel Məmmədova, Azər Aydəmir, Vüsal Hacıqədir və Şamil Süleymanov.

Film haqqında qısa məlumat: Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSSRi paytaxtı olan Moskva şəhərində başlamış, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam etdi və uzaq Kubada sona çatmışdır. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov çoxdan peşəkar idmandan uzaqlaşaraq doğma qəsəbəsində sakit bir həyat yaşayır. İlqar yerli orta məktəbdə bədən tərbiyəsi dərsini apaprır, tez-tez radio dinləyir və boş vaxtlarını həmkarları - ən yaxın dostları Valeh və Dadaşla keçirir. Dostlar hər şənbə-bazar günlərini qəsəbədən bir az aralıqda yerləşən gölün sahilində balıq tutaraq, şən zarafatlar edərək, ev çaxırırından içərək həyatlarından həzz alırlar. Lakin hər axşam İlqar evə tək qayıdır, çünki şən olmasına baxmayaraq o tənha bir insandır. Nə ailəsi, nə uşaqı, nə gələcəyə bir baxışı, planları, inamı…Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir.

Qeyd etmək istərdik ki, Əli-Səttar Quliyevin “Olimpia” filmi Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalının “Rusiya – İslam dünyası” müsabiqə proqramına dəvət alıb.

Son xəbərlər

Orphus sistemi