Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı “CinemaPlus” türk melodramı “Delibal” filminin nümayişinə başlayıb. “Report” xəbər verir ki, filmin baş qəhrəmanları gənc və istedadlı aktyor Çağatay Ulusoy və model Leyla Lidia Tuğutludur.
Filmdə Barışın oxuduğu universitetin tələbələrinin ehtiraslı sevgi tarixçəsi göstərilir, hansı ki, bütün ömrünü musiqiyə və Füsun adlı cazibədar qıza həsr edir.
Filmin rejissoru Аli Bilgindir.
Biletləri kinoteatrın kassalarından, həmçinin kinoteatrın rəsmi saytı www.cinemaplus.az - dan onlayn olaraq əldə etmək olar və ya 012 499 89 88 və 119 nömrələrinə zəng vurmaqla sifariş vermək olar.