“CinemaPlus Azerbaijan”da ulduzlu kinomarafon keçirilib - FOTO

“CinemaPlus Azerbaijan”da ulduzlu kinomarafon keçirilib - FOTO Aksiya çərçivəsində “Super Alibi”, “Bayram axşamı” və “Stalinin Başı” filmləri nümayiş etdirilib
İncəsənət
25 Mart , 2017 15:49
“CinemaPlus Azerbaijan”da ulduzlu kinomarafon keçirilib - FOTO

Bakı. 25 mart. REPORT.AZ/ “CinemaPlus Azerbaijan” kinoteatrında üç filmdən ibarət ulduzlu kinomarafon keçirilib.

"Report"un xəbərinə görə, aksiya çərçivəsində “Super Alibi”, “Bayram axşamı” və “Stalinin Başı” filmləri nümayiş etdirilib. 

“Super Alibi” adlı ekran əsəri “Cinemazadeh” studiyasında məşhur aktyorların iştirakı ilə Azərbaycan dilinə dublyaj olunub. “Bayram axşamı” və “Stalinin Başı” filmlərinin aktyor heyəti də tədbirdə iştirak edib.

Kinoteatrda furşet masası, alkoqollu və alkoqolsuz içkilər, müsabiqələr və mükafatların oynanılması təşkil olunub.

Tədbirin təşkilinə dublyaj redaksiyası "Cinemazadeh", "Özsüt" restoranlar şəbəkəsi, "Hillside"dan premium çaxırlar, Red Bull, Sabina parfümeriya-kosmetika mağazalar şəbəkəsi, Bella Pizza, Orqanik Qida, Alfreda by Sassofono və Baltika-Baku pivə zavodu dəstək olublar.

Son xəbərlər

Orphus sistemi