Cim Kerri "Rusiya müdaxiləsi"nə görə "Facebook"u boykot etməyə çağırıb

Cim Kerri "Rusiya müdaxiləsi"nə görə "Facebook"u boykot etməyə çağırıb "Mən öz "Facebook" səhmlərimdən imtina edir və öz səhifəmi silirəm"
İncəsənət
113
7 Fevral , 2018 04:57
Cim Kerri Rusiya müdaxiləsinə görə Facebooku boykot etməyə çağırıb

Bakı. 7 fevral. REPORT.AZ/ Məşhur Hollivud aktyoru və komik Cim Kerri Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etdiyini, "Facebook"un isə bunu dayandırmağa heç cəhd də göstərmədiyini bildirərək sosial şəbəkəni boykot etməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə o, öz "Twitter" səhifəsində yazıb.

"Mən öz "Facebook" səhmlərimdən imtina edir və öz səhifəmi silirəm. Çünki "Facebook" Rusiyanın bizim seçkilərə müdaxilə etməsindən yalnız qazanır, onlar bunu dayandırmaq üçün kifayət qədər iş görmürlər. Mən bizim gələcəyimizin qayğısına qalan digər səhmdarları da eyni addımı atmağa çağırıram", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi