"Çeşmə" qrupunun aşıq qızlarından biri qəza keçirib

"Çeşmə" qrupunun aşıq qızlarından biri qəza keçirib Gülarə Azaflı: "Dərya Mərdanzadə hazırda Bakıdakı xəstəxanalardan birində əməliyyat edilir"
İncəsənət
3 Avqust , 2015 19:09
Çeşmə qrupunun aşıq qızlarından biri qəza keçirib

Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü, "Aşıq Pəri" Məclisinin sədri Gülarə Azaflının rəhbərlik etdiyi "Çeşmə" qrupunun aşıq qızlarından biri Dərya Mərdanzadə avtomobil qəzasına düşüb. Hazırda vəziyyəti ağır olan aşıq xanım əməliyyat edilir.

Bu barədə "Report"a aşıq Gülarə Azaflı məlumat verib.

Onun sözlərinə görə, qəza Kürdəmir ərazisində baş verib: "Aşıq xanımlardan ibarət qrup Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəyə konsert vermək üçün gedirmiş. Yolda avtomobil qəzası baş verib. Qrup üzvləri yüngül xəsarət alıb. Dərya Mərdanzadənin xəsarəti ağır olub. O, hazırda Bakıdakı xəstəxanalardan birində əməliyyat edilir".

G.Azaflı deyib ki, I (mənfi) qan qrupuna malik aşığa qan tapmaqda çətinlik çəkiblər: "Artıq ehtiyacımız olan qanı tapmışıq. Əməliyyatın sonunu gözləyirik. Allah eləsin qızımız yaxşı olsun". 

Qeyd edək ki, G.Azaflı "Çeşmə" qrupunu yeni yaradıb. Aşıq qızlardan ibarət qrup üzvləri cəbhə bölgələrində tez-tez konsert proqramı ilə çıxış edir. Qrup üzvü olan Dərya Mərdanzadənin atasının Qarabağ müharibəsində şəhid olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi