Cəlil Hüseynovun 65 illiyinə həsr olunan sərgi keçirilib

Cəlil Hüseynovun 65 illiyinə həsr olunan sərgi keçirilib Müasir İncəsənət Muzeyində Xalq rəssamı Cəlil Hüseynovun 65 illiyinə həsr olunan “Ağ kölgə” adlı sərginin açılış mərasimi keçirilib.
İncəsənət
8 Aprel , 2022 19:27
Cəlil Hüseynovun 65 illiyinə həsr olunan sərgi keçirilib

Müasir İncəsənət Muzeyində Xalq rəssamı Cəlil Hüseynovun 65 illiyinə həsr olunan “Ağ kölgə” adlı sərginin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə mədəniyyət naziri Anar Kərimov, rəssamın sənət yoldaşları, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov çıxışında bildirib ki, Cəlil Hüseynovun əsərləri ABŞ, Fransa, Almaniya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Suriya, BƏƏ, Ukrayna və s. ölkələrdə təşkil edilmiş sərgilərdə nümayiş etdirilib: "Cəlil Hüseynov həm də istedadlı pedaqoq kimi təsviri sənətimizin inkişafına, gələcək nəsillərə ötürülməsinə yorulmadan xidmət edir. Bu sərgi Xalq rəssamının ilk fərdi sərgisi olaraq onun uzunmüddətli, məhsuldar fəaliyyətinin göstəricisidir, sənətkarın yaradıcılığında yüksək zirvədir. Xüsusi vurğulamaq istərdim ki, Cəlil Hüseynov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 2000-ci ildə imzalanmış müvafiq Sərəncama əsasən yaradılmış Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tədris işləri üzrə prorektoru olub və yeni yaradılan akademiyanın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əvəzsiz xidmətlər göstərib. Onun yaradıcılığında peyzaj janrında çəkilmiş rəsm əsərləri, həmçinin qadın mövzusu üstünlük təşkil edir. Bu gün sərgidə nümayiş olunan əsərlər bunun bariz nümunəsidir. Rəssama möhkəm can sağlığı arzulayıram. Əminəm ki, Cəlil Hüseynov hələ uzun illər boyu özünün sənəti və tükənməz yaradıcılıq uğurları ilə bizi sevindirəcək".

Daha sonra Cəlil Hüseynov sərgi haqqında məlumat verib: “Qadın obrazları hər zaman rəssamların əsas mövzularından biri olub. Ancaq çəkdiyim rəsmlər tək bununla bitmir. Mənim işlərim arasında naturmort, Abşeron mənzərələrini də görmək olar. Bu, mənim ilk fərdi sərgimdir. Sərgidə 1970-ci illərin sonundan, müxtəlif dövrlərdə işlədiyim 60-a qədər əsər nümayiş olunur".

Rəssam mədəniyyət nazirliyinin fəxri fərman ilə təltif olunub.

Sonda tədbir iştirakçıları sərgidə nümayiş olunan əsərlərlə tanış olublar.

Son xəbərlər

Orphus sistemi