Ceki Çan Rusiyaya səfərini ləğv edib

Ceki Çan Rusiyaya səfərini ləğv edib Hollivudun məşhur aktyoru Ceki Çan Rusiyaya nəzərdə tutulan səfərini ləğv edib.
İncəsənət
10 Sentyabr , 2019 17:14
Ceki Çan Rusiyaya səfərini ləğv edib

Hollivudun məşhur aktyoru Ceki Çan Rusiyaya nəzərdə tutulan səfərini ləğv edib.

“Report” xəbər verir ki, bu barədə aktyorun səfərinin təşkilatçıları TASS-a bildiriblər.

Məlumata görə, Ceki Çan Rusiya və Çin istehsalı olan “Əjdahanın gizli mətbəəsi” adlı filmin premyerasında iştirak etmək üçün sentyabrın 11-də Moskvaya səfəri nəzərdə tutulubmuş. Ancaq iş qrafikində dəyişikliklə əlaqədar aktyor Rusiyaya səfərini ləğv edib.

Bildirilib ki, aktyor iştirak etməsə də, filmin nümayişi keçiriləcək. “Əjdahanın gizli mətbəəsi”nin ərsəyə gəlməsinə Avropa, ABŞ, Çin və Rusiya kinematoqrafları öz töhfələrini veriblər. 

Filmin süjet xəttinə əsasən, I Pyotr ingilis səyyah Conatan Qrinə Rusiyanın Uzaq Şərq bölgəsinin xəritəsini çəkməyi tapşırır. Bu zaman o, Çinə keçir.

Filmdə Arnold Şvartseneger də çəkilib. 

Son xəbərlər

Orphus sistemi