Bu gün xalq artisti Rəmişin ad günüdür

Bu gün xalq artisti Rəmişin ad günüdür Bakı. 13 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın xalq artisti, tanınmış gitaraçı Rəmişin (Rafiq Hüseynov) doğum günüdür.
İncəsənət
109
13 Noyabr , 2017 17:12
Bu gün xalq artisti Rəmişin ad günüdür

Bakı. 13 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın xalq artisti, tanınmış gitaraçı Rəmişin (Rafiq Hüseynov) doğum günüdür.

Xalq artistinin həyat yoldaşı Gülü Hüseynova "Report"a açıqlamasında Rəmişin ad gününü evdə qeyd edəcəyini deyib: "Bu gün onun 73 yaşı tamam olur. Qismət olsa, 75 illiyini təntənəli şəkildə qeyd edəcəyik. Təki sağlıq olsun. Hazırda evdə dincəlir. Rəmişin ağciyərində oksigen çatışmazlığı var. Bəzən geomaqnit qasırğasına görə əziyyət çəksə də, ümumi səhhəti qaydasındadır".

Rəmişin bir vaxtlar dəvət ilə Rusiyaya çox getdiyini bildirən xanımı, xalq artistinin bir çox dəvətlərdə pulsuz çıxış etdiyini qeyd edib: "Qiymət deyəndə "Rəmiş toya pul ilə gəlir?" deyib etiraz edirlər. Deyirəm axı biz hava ilə dolanmırıq, Rəmişə də pul lazımdır. Artıq xaricdən olunan dəvətlərə getməsinin əlehinəyəm. Buna həm onun yaşı imkan vermir, həm də vaxtında dəvətlərə kifayət qədər gedib. Onsuz da axır vaxtlar çox dəvət almır. Olanda baxıram, xoşuma gəlmir deyə etiraz edirəm".

Qeyd edək ki, Rəmiş 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulub. İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinifndə alıb. Onun özünəməxsus yolu və gitaranı yaşatması, yaddaşlardan çıxmayan çalğısı onu xalqa sevdirdi. 

Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. Azərbaycan xalq çalğı alətlərlərində professional şəkildə ifa edə bilir.

18 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla "Xalq artisti" fəxri adına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi