Bakı. 17 noyabr. REPORT.AZ/ Rok musiqisinin 75 yaşlı əfsanəsi Bob Dilan Nobel ədəbiyyat mükafatının təqdimat mərasimində iştirak etmək üçün İsveçə getməkdən imtina edib.
"Report" BBC-yə istinadən xəbər verir ki, bununla bağlı İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi məlumat yayıb.
Məşhur ifaçı akademiyaya məktub göndərərək bu mükafatın onun üçün böyük şərəf olduğunu, lakin bəzi səbəblərdən mərasimə gələ bilməyəcəyi üçün təəssüf hissi keçirdiyini bəyan edib.
Xəbərdə bildirilib ki, ifaçı gələn ilin iyun ayına qədər Nobel nitqi ilə çıxış etməlidir.
Qeyd edək ki, veteran rok müğənnisi B.Dilan 2016-cı ilin Nobel ədəbiyyat mükafatını "Amerika musiqisində yeni poetik ifadələr" yaratdığına görə qazanıb.