Bəstəkarlar İttifaqı səsyazma studiyasının yaradılması ilə bağlı nazirliyə müraciət edib

Bəstəkarlar İttifaqı səsyazma studiyasının yaradılması ilə bağlı nazirliyə müraciət edib "Son illər tədbirlərdə, xüsusilə dövlət tədbirlərində səslənən musiqilərin səslənmə keyfiyyəti bizi qane etmir"
İncəsənət
4 Mart , 2016 16:54
Bəstəkarlar İttifaqı səsyazma studiyasının yaradılması ilə bağlı nazirliyə müraciət edib

Bakı. 4 mart. REPORT.AZ/ "Dövlət tədbirlərində müraciət etdiyimiz, istifadə etdiyimiz musiqilərin səviyyəsi çox aşağıdır. Səbəb dövlət səviyyəsində səsyazma studiyamızın olmamasıdır. Belə studiya olsa, həmin musiqilər yenidən yazılar və yeni formatda səslənər". "Report"un məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundov adına Milli Kitabxananın “Azərbaycan musiqi irsinin dünyada təbliği” birgə layihəsinin təqdimat mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə deyib.

F.Əlizadə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə bu məsələdə Bəstəkarlar İttifaqına kömək göstərməsi üçün müraciət edib: "Dövlət Səsyazma Studiyamız yoxdur. Əvvəllər belə studiyamız olub. Ona görə də keçmişdə lentə yazılan musiqilərin keyfiyyəti qənaətbəxşdir. Amma son illər tədbirlərdə, xüsusilə dövlət tədbirlərində səslənən musiqilərin səslənmə keyfiyyəti bizi qane etmir. Studiya yaradılsa, həmin musiqilər, mahnılar yenidən yazılar və daha səviyyəli şəkildə səsləndirilər. Bəstəkarlar İttifaqı olaraq, Mədəniyyət və Turizm Nazirliyindən dəstək istəyirik".

Son xəbərlər

Orphus sistemi