Bəstəkar Rauf Hacıyevin yaradıcılıq gecəsi keçiriləcək

Bəstəkar Rauf Hacıyevin yaradıcılıq gecəsi keçiriləcək Bakı. 6 sentyabr. REPORT.AZ/ “Mədəniyyət” kanalının təşkilatçılığı ilə Azərbaycanın görkəmli bəstəkarı Rauf Hacıyevin yaradıcılıq gecəsi keçiriləcək.
İncəsənət
6 Sentyabr , 2018 15:24
Bəstəkar Rauf Hacıyevin yaradıcılıq gecəsi keçiriləcək

Bakı. 6 sentyabr. REPORT.AZ/ “Mədəniyyət” kanalının təşkilatçılığı ilə Azərbaycanın görkəmli bəstəkarı Rauf Hacıyevin yaradıcılıq gecəsi keçiriləcək. 

"Report" xəbər verir ki, gecədə tanınmış estrada ulduzları ilə yanaşı, Azərbaycan vokalçıları da çıxış edəcək. 

Oktyabrın 4-də Heydər Əliyev Sarayında keçiriləcək gecədə ifaçıları Televiziya və Radionun Niyazi Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Nazim Hacıəlibəyov) və “Qaytağı” Ansamblının (bədii rəhbər xalq artisti Ənvər Sadıqov) müşayiət edəcək. 

Son xəbərlər

Orphus sistemi