"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dekabrın 6-da Akademik Opera və Balet Teatrının səhnəsində Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baleti Belarusiyanın Opera və Balet Teatrının quruluşunda nümayiş etdiriləcək.
Belarus Teatrının səhnə xadimləri Bakıya sabah gələcəklər.
Qeyd edək ki, belarusiyalı balet ustalarını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik orkestri müşayiət edəcək.