Bakıdakı incəsənət məktəblərindən birində yeni təyinat olub

İncəsənət
  • 10 aprel, 2018
  • 08:37
Bakıdakı incəsənət məktəblərindən birində yeni təyinat olub

Bakı. 10 aprel. REPORT.AZ/ S.Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinə yeni təyinat olub. 

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən "Report"a verilən məlumata görə, məktəbin tədris işləri üzrə direktor müavini vəzifəsinə Allahverdiyeva Mirvari Mehdi qızı təyin olunub.

Qeyd edək ki, direktor müavini vəzifəsini daha öncə Zamanova Maya Qurban qızı tutub.