Bakıda “Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi açılacaq

Bakıda “Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi açılacaq Sərgidə XVIII-XX əsrlər Yaponiyanın məşhur keramika mərkəzlərinin nümunələri təqdim edilir
İncəsənət
2 Mart , 2018 17:01
Bakıda “Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi açılacaq

Bakı. 2 mart. REPORT.AZ/ Martın 5-dən Azərbaycan Milli İncəsənət Muzeyində “Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi açılacaq.

Muzeydən "Report"a verilən məlumata görə, sərgi muzeyin fondundan 18 minə yaxın bədii sənət əsərinin nümayiş olunacağı planlaşdırılan "Dünya incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından" "coğrafi" sərgi silsiləsinin davamıdır.

Milli İncəsənət Muzeyinin yapon incəsənəti kolleksiyası, xronoloji çərçivəsi XVIII-XX əsrləri əhatə edən 200-ə yaxın muzey əşyasını özündə birləşdirir. Yapon incəsənəti kolleksiyasının əsasını Azərbaycan burjuaziyasının mülkiyyətindən müsadirə olunan və milliləşdirildikdən sonra muzey fonduna verilmiş əşyalar təşkil edir.

Sərginin ekspozisiyasında dünyada nüfuz qazanmış, XVIII-XX əsrlər Yaponiyanın məşhur keramika mərkəzlərinin nümunələri təqdim edilir. 

Sərgidə həmçinin süjetli səhnələr və nəbati naxışlarla bəzədilmiş fil sümüyündən hazırlanmış bir neçə qutu, XVIII-XIX əsrlərə aid sədəf haşiyəli valehedici yelpiklər, döyüşçülərin qüruru sayılan sümükdən hazırlanmış katana (qılınc) qınları yer alır.

Sərgi tamaşaçıları məftunedici rəng çalarları ilə sevilən mənzərə tematikasında ustalıqla işlənmiş ecazkar yapon tikmə nümunələri ilə tanış edir.

Son xəbərlər

Orphus sistemi