Bakıda Uilyam Şekspirin "On ikinci gecə" tamaşası nümayiş etdiriləcək

Bakıda Uilyam Şekspirin "On ikinci gecə" tamaşası nümayiş etdiriləcək Tamaşa dekabrın 26-da Nizami Kino Mərkəzində rus dilində subtitrlə təqdim olunacaq
İncəsənət
21 Dekabr , 2016 15:54
Bakıda Uilyam Şekspirin On ikinci gecə tamaşası nümayiş etdiriləcək

Bakı. 21 dekabr. REPORT.AZ/ Nizami Kino Mərkəzində Uilyam Şekspirin “On ikinci gecə” pyes-komediyası əsasında səhnələşdirilmiş tamaşa nümayiş etdiriləcək.

Mərkəzdən "Report"a verilən məlumata görə, səhnə əsəri "British Council Azərbaycan" və "Cool Connections" şirkəti ilə birgə dekabrın 26-da rus dilində subtitrlərlə təqdim olunacaq.

Tamaşada Şekspirin bəstələdiyi musiqi əsərlərinin bir qismi səslənir. 1601-ci ildə "Globe" teatrında təqdim olunan geyimləri, musiqi parçalarını, rəqsləri və bədii tərtibatları tədqiq edən tamaşada yalnız kişilər rol alıb.

Səhnə əsərinin rejissoru Tim Karroldur. Tamaşada rolları aktyorlar Stiven Fray, Mark Raylens, Semuel Barnett, Layam Brennan, Pol Çahidi, Con Pol Konnolli, İen Drisdeyl və Conni Flinn ifa ediblər. 

Son xəbərlər

Orphus sistemi