Bakıda Üçüncü Piano Festivalının açılış mərasimi olub.
“Report” xəbər verir ki, tədbir ispan virtuoz rəqqas Rebeka Orteqanın flamenko rəqsi ilə açılıb.
O, tamaşaçılar üçün heyrətamiz şou yaratmağı bacarıb.
Rebeka Orteqa “Nottingham Flamenquitas” qrupu ilə çalışıb, “Flamenco Carmen Amaya” Mədəniyyət Akademiyasında klassik flamenko ixtisası üzrə təhsil alıb, Madriddəki dünyaca məşhur “Centro de Arte Flamenco y Danza Española Amor de Dios”da, “Escuela Mayor de Danza”da və Sevilyadakı Peşəkar Rəqs Akademiyası təcrübə keçib. O, həmçinin usta Manuela Noqalesdən müasir rəqs öyrənib.
Onun rəqsi klassik flamenko da daxil olmaqla geniş repertuarı, həmçinin teatr və sirk bacarıqları ilə bağlı şəxsi səhnə təcrübələrini ehtiva edir. Flamenko rəqqası kimi o, güclü ifadəsi, ritm hissi, zərifliyi və yüksək səviyyəli səhnə sənəti ilə seçilir.
Bakı Piano Festivalı təkcə virtuoz pianoçuların sehri deyil, həm də festivalın özüdür. Burada hər bir tamaşaçı öz sevimlisini tapa bilər: klassik musiqidən tutmuş Braziliya sambasına və flamenkoya qədər istənilən musiqisevər üçün əla seçimdir.
Festival iyunun 29-dək davam edəcək.
Festivalın şüarı: “May piano inspire you!”
Haştaqlar: #bakupianofest #bakupianofestival
Festivalın veb saytı: https://bakupianofestival.com/
Biletlər: https://iticket.az/ru/events/3rd-baku-international-piano-festival