Bakıda tanınmış Fransa caz musiqiçisinin iştirakı ilə muğam konserti keçiriləcək

Bakıda tanınmış Fransa caz musiqiçisinin iştirakı ilə muğam konserti keçiriləcək Tədbir YARAT Müasir İncəsənət Mərkəzində baş tutacaq
İncəsənət
5 Aprel , 2018 19:56
Bakıda tanınmış Fransa caz musiqiçisinin iştirakı ilə muğam konserti keçiriləcək

Bakı. 5 aprel. REPORT.AZ/ Bakıda tanınmış Fransa caz musiqiçisi Pyer dö Treqomənin iştirakı ilə Qoçaq Əsgərovun “Mughan Souls” adlı konserti keçiriləcək.

Səfirlikdən "Report"a verilən məlumata görə, tədbir aprelin 12-də saat 19:00-da Azərbaycanda Frankofoniya həftələri çərçivəsində YARAT Müasir İncəsənət Mərkəzində baş tutacaq.

Tədbirin təşkilatçıları Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan Fransız İnstitutudur.

Qeyd edək ki, Azərbaycanda muğam üzrə aldığı tədris zamanı caz musiqiçisi Pyer dö Treqomən muğam ustadı Qoçaq Əskərovla tanış olur. Bu dostluq və peşəkar tanışlıqdan ənənəvi muğamdan, fərdi kompozisiyalardan və caz improvizasiyalarından ibarət yeni repertuar doğulur. 2016-cı ildə Bakı Muğam Mərkəzində təşkil olunmuş "Mugham Souls" konsertinin İtaliyanın "Felmay Records" səsyazma şirkəti tərəfindən canlı qeydə alınan albomu həmin repertuarın şahididir. Albomun işıq üzü görməsi münasibətilə Qoçaq Əsgərov və Pyer dö Treqomən tarda Əsgər Məmmədovun müşayiəti ilə Bakıda konsert verəcəklər.

Giriş ödənişsizdir.

Son xəbərlər

Orphus sistemi