Bakıda Rusiya Filmləri Həftəsi başlayır

Bakıda Rusiya Filmləri Həftəsi başlayır Film həftəsi çərçivəsində Rusiyanın tanınmış aktyorları Bakıya gələcək
İncəsənət
30 Sentyabr , 2015 11:20
Bakıda Rusiya Filmləri Həftəsi başlayır

Bakı. 30 sentyabr. REPORT.AZ/ Oktyabrın 1-dən 7-dək Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, "Kinofest" Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə Bakıda Rusiya Filmləri Həftəsi keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Film həftəsi ilə əlaqədar rusiyalı kinematoqrafçılardan ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Nümayəndə heyətinin tərkibinə xalq artisti Boris Şerbakov, həftənin filmlərində çıxış edən digər aktyorlardan Denis Şvedov, Valeri Şkirando, Olqa Lomonosova, Aleksandra Rozovskaya, prodüserlər Yekaterina Filippova, Dmitri Savinski, Georgi Malkov, nümayiş olunacaq "Quzum Dolli kinli idi, tez öldü" bədii filminin ssenari müəllifi, rejissoru və prodüseri, tanınmış televiziya xadimi Aleksey Pimanov və "Kinofest" Prodüser Mərkəzinin baş direktoru Sergey Bragim daxildir.

Film həftəsi çərçivəsində oktyabrın 1-də saat 19:00-da "Burada üfüqlər sakitdi...", oktyabrın 2-də saat 18:40-da "Yaşıl karet", oktyabrın 3-də saat 18:40-da "Quzum Dolli kinli idi, tez öldü", oktyabrın 4-də saat 18:40-da "Kabus", oktyabrın 5-də saat 18:40-da "Batalyon", oktyabrın 6-da saat 18:40-da "Ələkeçməz", oktyabrın 7-də saat 18:40-da isə "Əziz anam" bədii filmləri Nizami Kino Mərkəzində tamaşaçılara təqdim olunacaq.
Qeyd edək ki, film nümayişlərinə giriş sərbəstdir.

Son xəbərlər

Orphus sistemi