Bakıda “Misir Azərbaycan uşaqlarının gözü ilə” adlı sərgi keçirilib

Bakıda “Misir Azərbaycan uşaqlarının gözü ilə” adlı sərgi keçirilib Bakı. 16 aprel. REPORT.AZ/ Bakıda “Misir Azərbaycan uşaqlarının gözü ilə” adlı sərgi keçirilib.
İncəsənət
1221
16 Aprel , 2018 20:50
Bakıda “Misir Azərbaycan uşaqlarının gözü ilə” adlı sərgi keçirilib

Bakı. 16 aprel. REPORT.AZ/ Bakıda “Misir Azərbaycan uşaqlarının gözü ilə” adlı sərgi keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi və “Esmeralda” Rəsm Studiyasının birgə təşkilatçılığı ilə baş tutub. 

Səfir Adel İbrahim bildirib ki, Misirlə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələr birgə əməkdaşlığın möhkəmləndirilməsində və xalqlarımız arasında qarşılıqlı anlaşmada mühüm rol oynayıb, mədəni əlaqələr qurulduğu andan davamlı şəkildə inkişaf edib.

Misirlə Azərbaycan arasında elmi-mədəni əməkdaşlıqda canlı körpü rolunu oynayan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Misir incəsənətinin və mədəniyyətinin özəlliklərini çatdırmaqda öz töhfəsini verir.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi azərbaycanlı gənclərin incəsənətə, mədəniyyətə böyük maraqlarından, Misirdə keçirilən beynəlxalq rəsm müsabiqələrində yüksək nəticələr əldə etmiş qaliblər haqqında məlumat verib.

“Esmeralda” Rəsm Studiyasının rəhbəri rəssam Esmeralda Tağızadə 2011-ci ildən etibarən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə əməkdaşlıqdan, birgə həyata keçirilmiş layihələrdən, Azərbaycan Rəssamlaq İttifaqında, Azərbaycan Rəssamlıq Akademiyasında keçirilmiş sərgilər barədə məlumat verib. 

Sonda ziyarətçilər “Misir Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisində nümayiş etdirilən əsərlərlə tanış olublar.

Son xəbərlər

Orphus sistemi