Bakıda "Məkkəyə səyahət" sənədli filminin nümayişi olub

Bakıda "Məkkəyə səyahət" sənədli filminin nümayişi olub Film XIV əsrdə yaşamış ərəb səyyah İbn Battutadan bəhs edir
İncəsənət
9 Aprel , 2017 14:55
Bakıda Məkkəyə səyahət sənədli filminin nümayişi olub

Bakı. 9 aprel. REPORT.AZ/ Bakıda XIV əsrdə yaşamış ərəb səyyah İbn Battutanın həyatından bəhs edən "Məkkəyə səyahət" sənədli filminin nümayişi olub.

"Report" xəbər verir ki, filmin nümayişi Bakıda Frankofoniya həftəsi çərçivəsində baş tutub.

Tədbirdə Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş və professor İmamverdi Həmidov çıxış edərək film və İbn Battutanın həyatı barədə məlumat veriblər.

Filmin sonunda ərəb səyyaha həsr olunmuş sərgi təşkil edilib. Qonaqlar, həmçinin Mərakeş şirniyyatlarının dadına baxmaq fürsəti əldə ediblər.

Son xəbərlər

Orphus sistemi