Bakıda "III Riçard" tamaşasının premyerası olub

Bakıda "III Riçard" tamaşasının premyerası olub Tamaşa Şeksprin 450 illik yubileyinə həsr edilib
İncəsənət
187
26 Yanvar , 2015 10:19
Bakıda III Riçard tamaşasının premyerası olub

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında U.Şeksprin "III Riçard" tamaşasının premyerası olub.

"Report" xəbər verir ki, tamaşa müəllifin anadan olmasının 450 illiyinə həsr edilib.

İki hissəli qanlı farsın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova, rəssamı Elşən Sərxanoğlu, baletmeysteri Rusiyanın əməkdar incəsənət xadimi Serqey Qritsaydır.

Rollarda Elşən Çarhanlı, Hüseyn Nağıyev, Süleyman Abbasov, əməkdar artist Nofəl Vəliyev, Vahid Əliyev, Rahib Əliyev, xalq artisti Ağaxan Salmanlı və başqaları çıxış edirlər.

Baş rolu - Qloster və kral III Riçardı əməkdar artist Şövqi Hüseynov ifa edir.

Qeyd edək ki, əsəri rus dilindən Azərbaycan dilinə əməkdar artist Şövqi Hüseynov və Dilsuz Mustafayev tərcümə edib.

Son xəbərlər

Orphus sistemi