Bakıda Belarus rəssamlarının sərgisi açılıb

Bakıda Belarus rəssamlarının sərgisi açılıb Azərbaycan Milli İncəsənət Muzeyində “Belarus rəssamların gözü ilə” adlı sərgi açılıb.
İncəsənət
2 Aprel , 2024 16:09
Bakıda Belarus rəssamlarının sərgisi açılıb

Azərbaycan Milli İncəsənət Muzeyində “Belarus rəssamların gözü ilə” adlı sərgi açılıb.

“Report” xəbər verir ki, tədbir Bakıda keçirilən Belarus Mədəniyyəti Günləri çərçivəsində təşkil olunub.

Sərgidə Belarusun məşhur rəssamlarının peyzaj janrında 35 əsəri nümayiş etdirilir.

Əsərlərin coğrafiyası Belarusun müxtəlif hissələrini – meşələri, kənd yerlərini, şəhər mənzərələrini əks etdirir.

Sərgidə beş müasir Belarus rəssamının əsərləri nümayiş olunur: Anton Vırvo, Anna Kononova, Qleb Otçik, Anna Sadovskaya və Vladimir Urodniç.

Burada Belarusun faşist işğalçılarından azad edilməsinin 80 illiyinə həsr olunmuş əsərlər də təqdim olunur.

Sərginin açılışında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Belarusun mədəniyyət naziri Anatoli Markeviç, Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov və başqaları iştirak ediblər.

A.Markeviç deyib ki, Belarus-Azərbaycan mədəni əməkdaşlığı yaxşı ənənələrə əsaslanır və gələcəyə inamla baxır: “Əminəm ki, qarşıda bizi çox parlaq, xalqlarımızın marağına səbəb olacaq irimiqyaslı layihələr gözləyir”.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova Belarus Mədəniyyəti Günlərinin ölkəmizdə keçirilməsini alqışlayaraq, belə bir tədbirin artıq dördüncü dəfədir keçirildiyini xatırladıb:

“Belarus rəssamların gözü ilə” sərgisi Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Belarus Mədəniyyət Nazirliyi, Belarus Milli İncəsənət Muzeyi, həmçinin “Belarus Rəssamlar İttifaqı” ictimai birliyi tərəfindən təşkil olunub.

Son xəbərlər

Orphus sistemi