Bakıda ayaq barmaqları ilə şəkil çəkən rəssamın sərgisi açılıb

Bakıda ayaq barmaqları ilə şəkil çəkən rəssamın sərgisi açılıb Açılış mərasimində Fransanın Azərbaycandakı səfiri Aureliya Buşe iştirak edib
İncəsənət
16 Mart , 2018 17:57
Bakıda ayaq barmaqları ilə şəkil çəkən rəssamın sərgisi açılıb

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan Fransız İnstitutunda ayaqları ilə rəsm çəkən rəssam-sənətkar Samirə Salmanovanın şəxsi əsər kolleksiyasının açılışı baş tutub.

"Report"un verdiyi xəbərə görə, açılış mərasimində Fransanın Azərbaycandakı səfiri Aureliya Buşe iştirak edib.

Qeyd edək ki, Samirə Salmanova “uşaq-serebral iflic” diaqnozu ilə doğulub. O yerimir, ayaq üstə dura bilmir, əlinə heç bir əşya götürə bilmir, eşitməsi yaxşı olsa da, danışa bilmir. Bütün bu çatışmazlıqlara baxmayaraq, Samirədə İlahi tərəfindən verilmiş fitri istedad var. Belə ki, Samirə yeganə ümidi olan ayaq barmaqları ilə olduqca gözəl rəsm əsərləri yaradır. Samirənin heç bir dərs almamasına baxmayaraq, o, ayaq barmaqları ilə yazı yazır, şəkil çəkir, kompüterlə sərbəst işləyir, hətta diyircəkli kresloda oturduğu yerdə ayaq barmaqları ilə xırda ev işlərini də yerinə yetirir.

2002-ci ildə Moskvada keçirilən Beynəlxaq “Filantrop fondu”nun sərgisində böyük nailiyyətə imza atmışdır. Samirənin ayağı ilə çəkdiyi ən qiymətli əsərləri Moskvanın Tretyakovski Qalereyasında nümayiş etdirilərək oranın fonduna qəbul edilib.

Aktiv həyat tərzi keçirən Samirə müxtəlif ictimai təşkilatların üzvüdür. 

Son xəbərlər

Orphus sistemi