Bakıda 9-cu “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

Bakıda 9-cu “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçiriləcək Bakı. 26 sentyabr. REPORT.AZ/ Bakıda 9-cu “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçiriləcək.
İncəsənət
1788
26 Sentyabr , 2018 12:57
Bakıda 9-cu “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bakıda 9-cu “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçiriləcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən “Report”a verilən məlumata görə, sentyabrın 26-da başlayacaq tədbirdə 17 rəssam iştirak edəcək. 

Onlar dahi Azərbaycan şairi Nəsiminin əsərləri əsasında çəkilən səhnələrlə Qız Qalası maketləri bəzəyəcəklər.

Hər bir tamamlanmış heykəl xüsusi rəsm üslubunu və hər bir rəsamın dekorasiyasını nümayiş etdirəcək.

İçərişəhərdə keçiriləcək sərgi daha sonra dünyanın müxtəlif ölkələrində nümayiş olunacaq. Festival Qız Qalasının həm dünya irsinin bir hissəsi kimi təbliğinə, həm də ictimaiyyətin diqqətinin vəhşi təbiətin mühafizəsi ilə bağlı problemlərə yönəldilməsinə xidmət edəcək.

Festival sentyabrın 29-da başa çatacaq.

Qeyd edək ki, 2010-cu ildə başlanan “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı ardıcıl olaraq 8 il Bakıda keçirilib. Dünyanın müxtəlif ölkələrindən gələn 100-dən çox tanınmış rəssam bu festivalda iştirak edib. 

Son xəbərlər

Orphus sistemi