Bakı Xoreoqrafiya Akademiyasının buraxılış-hesabat konserti keçirilib

Bakı Xoreoqrafiya Akademiyasının buraxılış-hesabat konserti keçirilib Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsi məzunlarının Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Beynəlxalq Rəqs Gününə həsr olunmuş buraxılış-hesabat konserti keçirilib.
İncəsənət
29 Aprel , 2023 19:53
Bakı Xoreoqrafiya Akademiyasının buraxılış-hesabat konserti keçirilib

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsi məzunlarının Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Beynəlxalq Rəqs Gününə həsr olunmuş buraxılış-hesabat konserti keçirilib.

“Report” xəbər verir ki konsertdə Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin nümayəndələri, mədəniyyət xadimləri, BXA-nın tələbə-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.

Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, əməkdar artist Nailə Məmmədzadə müsahibəsində bildirib ki, konsertdə müxtəlif rəqs kompozisiyaları nümayiş olunur:

“Çox çətin və məsuliyyətli hazırlaşmışıq, bu gün bizim üçün çox qürurludur. Onlara artıq uğurlar arzulayıram!”.

Daha sonra BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin ifasında P.Çaykovskinin “Yevgeni Onegin” operasından "Polonez" əsəri nümayiş olunub. Rəqsin quruluşunu BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, əməkdar artist Nailə Məmmədzadə verib. Akademiyanın məzunları - Miraydın Abdullayev, Ağamir Mirzəyev, Rəşad Rəhimov, Səməd Eyvazlı, Çiçək Abbaszadə, Elvina Yusupova və I kurs tələbələri Aysun Əliyeva, İlahə Əlizadənin ifasında isə A.Qlazunovun “Raymonda” baletindən Divertisment parçası təqdim olunub.

Əsərin xoreoqrafı M.Petipa, müəllimləri isə Zaur Fətulla, Yelena Çerevatova və Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayadır. Məzunlar tərəfindən təşkil edilən konsert tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi