Azərbaycanlı rejissorun filmi Parisdə nümayiş olunub

Azərbaycanlı rejissorun filmi Parisdə nümayiş olunub Film 20 kinofestivalda göstərilib, həmçinin çoxsaylı mükafatlara layiq görülüb
İncəsənət
23 Fevral , 2018 18:09
Azərbaycanlı rejissorun filmi Parisdə nümayiş olunub

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanlı rejissor Rodion İsmayılovun "Plaskart" filmi Fransanın paytaxtı Paris şəhərində nümayiş olunub.

"Report" xəbər verir k, nümayiş INALCO Paris Milli İnstitutunda baş tutub.

Qeyd edək ki, "Plaskart" filmi fəal festival həyatı ilə yanaşı, eyni zamanda Rusiyanın bir çox şəhərlərində nümayiş olunub. Avropanın bəzi universitetləri filmlə maraqlanır və film artıq Oksford Universitetində, Sofiya Universitetində, Tayvan Milli Muzeyində nümayiş olunub.

Qarşıda filmin Almaniya, Norveç, Bolqarıstan, Fransa, Estoniya, Serbiya, Finlandiya və başqa ölkələrdə nümayiş olunacağı gözlənilir.

Xatırladaq ki, film Avstriyada əsas mükafata layiq görülüb, 20-dən çox kinofestivalda nümayiş etdirilib, həmçinin çoxsaylı mükafatlar alıb.

Son xəbərlər

Orphus sistemi