Bakı. 1 may. REPORT.AZ/ İtaliyada mayın 3-də beynəlxalq San-Remo Junior müsabiqəsi keçiriləcək.
"Report" İtaliyanın "Riviera" nəşrinə istinadən xəbər verir ki, yarışmada 18 ölkədən, o cümlədən Azərbaycandan 24 vokal ifaçısı iştirak edəcək.
Məlumata görə, vokalçıların sayca səkkizinci müsabiqəsində 6-15 yaş arası uşaqlar iştirak edəcək. Onlar canlı ifa səsləndirəcəklər. Bütün çıxışlar San-Remo simfonik orkestrinin musiqi müşayiəti ilə baş tutacaq.