Azərbaycanlı cazmenin İsveçrədəki konsertlərində anşlaq olub

Azərbaycanlı cazmenin İsveçrədəki konsertlərində anşlaq olub Pianoçu-cazmen Şahin Növrəsli Berndə məşhur "Marians Jazzrom" klubunda qonaq kimi çıxış edib
İncəsənət
10 Oktyabr , 2016 10:57
Azərbaycanlı cazmenin İsveçrədəki konsertlərində anşlaq olub

Bern. 10 oktyabr. REPORT.AZ/ Məşhur azərbaycanlı pianoçu-cazmen Şahin Növrəsli oktyabrın 7-8-də İsveçrə paytaxtı Berndə məşhur "Marians Jazzrom" klubunda qonaq kimi çıxış edib.

"Report" İsveçrə bürosunun verdiyi məlumata görə, məşhur pianoçu çıxışları zamanı klassik və Azərbaycan xalq musiqilərini caz motivləri əsasında vəhdət halında ifa edib. Cazmeni bassist Ceyms Kammak müşayiət edib.

Məlumata görə, konsertlərə bütün biletlər satılıb, anşlaq qeydə alınıb.

Qeyd edək ki, "Marians Jazzroom" dünyanın ən yaxşı caz klublarından biridir. Klub özünün fenomenal akustikası, eləcə də möhtəşəm proqramı ilə tanınır. Bu klubda dünyanın müxtəlif ölkələrindən müxtəlif tanınmış ifaçılar çıxış edib.

Son xəbərlər

Orphus sistemi