Azərbaycanın xalq artisti İlham Əsgərov vəfat edib
İncəsənət
- 06 sentyabr, 2015
- 18:46
Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti İlham Əsgərov qəflətən vəfat edib.
"Report"un məlumatına görə, 57 yaşlı aktyor infarkt vurması nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, bir neçə il öncə İ.Əsgərovun beyninə qan sızmışdı.
İlham Təvəkkül oğlu Əsgərov 3 sentyabr 1958-ci ildə anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor Akademik Teatrın ən populyar tamaşalarında iştirak edib.
İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 15 may 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.
Allah rəhmət eləsin!
Son xəbərlər
23:54
Slovakiya Avropa İttifaqının miqrasiya paktına qarşı çıxıb
Digər ölkələr23:31
ABŞ İsrail və Qətəri barışdırmaq istəyir
Digər ölkələr23:20
Video
Xəzərdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
Hadisə23:14
Son iki gündə Özbəkistanda üç zəlzələ olub
Digər ölkələr22:55
Afrika ölkələri Beninə ordu göndərə bilər
Digər ölkələr22:35
KİV: Qərb Budapeştsiz Moskvanın aktivlərini həmişəlik dondura biləcək
Digər ölkələr22:17
Londonun hava limanında oğrular 21 nəfərə xəsarət yetirib
Digər ölkələr21:57
Göygöldə avtomobil aşıb, ölən və yaralılar var
Hadisə21:51