Azərbaycanın qadın milli qəhrəmanı haqqında film çəkiləcək

Azərbaycanın qadın milli qəhrəmanı haqqında film çəkiləcək Ənvər Əbluc bu dəfə də vətənpərvərlik mövzusuna sadiq qalacaq
İncəsənət
20 Noyabr , 2014 10:50
Azərbaycanın qadın milli qəhrəmanı haqqında film çəkiləcək
Bakı. 20 noyabr. REPORT.AZ/ Əməkdar incəsənət xadimi, kinorejissor Ənvər Əbluc yeni film çəkməyə hazırlaşır.

Bu barədə "Report"a rejissorun özü məlumat verib. Rejissorun növbəti filmi Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərova haqqında olacaq.

Filmin ssenarisinin yazıldığını deyən Ənvər Əbluc, Kinostudiyanın qərarını gözləyir. Maliyyə vəsaiti ayrılan kimi rejissor filmin ekranlaşdırılmasına başlayacaq.

"Mənim sonuncu filmim Çingiz Abdullayevin ssenarisi əsasında çəkilən "Tərsinə çevrilən dünya" bədii filmi oldu. Bu filmi İranla müştərək çəkmişdim. Artıq dörd il ötüb. Uzun fasilədir. Yeni film çəkmək üçün darıxmışam. "Ağ atlı oğlan"dan sonra isə 15 il fasilə vermişdim. Hər dəfə bu qədər gözləmək rejissor üçün üzücüdür. Çoxdandır, Gültəkin Əsgərova haqqında film çəkmək istəyirəm. Ümid edirəm ki, 2015-ci ildə arzum çin olar" - deyə, Ə.Əbluc qeyd edib.

Qeyd edək ki, rejissor Ənvər Əbluc filmin şərti adını da müəyyənləşdirib: "Aslan elə aslandır".

Son xəbərlər

Orphus sistemi