Bakı. 7 oktyabr. REPORT.AZ/ Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, görkəmli kinoşünas Aydın Kazımzadə ürəyindən əməliyyat olunub.
Bu barədə "Report"a Aydın Kazımzadənin özü məlumat verib. O, Mərkəzi Klinikada əməliyyat edildiyini bildirib: "Vəziyyətim yaxşı deyildi. Ürəyimin şah damarı şişmişdi. Gec əməliyyat olunsaydım, həyatımı itirə bilərdim. Əməliyyatım yaxşı keçdi. İndi ev şəraitində müalicəm davam edir. Nə yaxşı ki, Prezident təqaüdü alıram. Yoxsa bu əməliyyata gedə bilməzdim. Heç kimdən yardım görmədim. Ağır əməliyyat idi. Həkimlərin bir hissəsi Türkiyədən dəvət edilmişdi. Əməliyyat 21 min manata başa gəldi. 75 yaşım var. Ömrümün çox hissəsi kinoda keçib. Amma əməliyyat olunanda heç kim bir manat vermədi. Əməliyyat xərclərini özüm çəkdim".
Xatırladaq ki, Aydın Kazımzadə 1940-cı il yanvarın 15-də Bakı şəhərində anadan olub. 1958-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində təhsil alıb. 1963-cü ildən isə kinematoqrafiya sahəsində çalışıb. 1985-ci ildə
Milli kino tarixinin 1916-cı ildən deyil, məhz 1898-ci ildən başlanması faktının üzə çıxarılıb sübuta yetirilməsi və sabiq Prezident Heydər Əliyev tərəfindən sərəncamla hər il avqust ayının 2-nin Kino İşçiləri Günü elan etməsi Aydın Kazımzadənin adı ilə bağlıdır.