Azərbaycanın əməkdar artistinin barmağı amputasiya edilib

Azərbaycanın əməkdar artistinin barmağı amputasiya edilib O, palataya köçürülüb
İncəsənət
1458
24 Dekabr , 2014 17:57
Azərbaycanın əməkdar artistinin barmağı amputasiya edilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Kübraxanım Dadaşova bu gün əməliyyat olunub.

Bu barədə "Report"a teatrdan bildirilib.

Uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkən aktrisa bu gün Leyla Şıxlinskaya adına Klinikada əməliyyat olunub. Səhər saatlarında əməliyyat olunan aktrisanın ümumi vəziyyəti yaxşıdır. Hazırda Kübraxanım Dadaşova palataya köçürülüb.

Teatrdan bildirilib ki, bəzi mətbuat orqanlarında Kübraxanım Dadaşovanın vəziyyətinin ağır olması, ayağının çürüməsi ilə bağlı yayılan xəbərlər doğru deyil: "Şəkər xəstəsi olduğu üçün aktrisanın ayaq barmağı amputasiya edilib. Amma, vəziyyəti normaldır. Onun yeriməyində heç bir problem yoxdur".

Qeyd edək ki, Gənc Tamaşaçıalr Teatrının direktoru Mübariz Həmidov aktrisa ilə telefonla əlaqə saxlayıb. Teatrın kollektivi isə aktrisanı ziyarət etmək üçün xəstəxanaya gediblər.

Xatırladaq ki, Kübraxanım Dadaşova 1957-ci ildə Bakıda aktyor ailəsində anadan olub. Aktrisanın atası, əməkdar artist Məmmədağa Dadaşov Gənc Tamaşaçılar Teatrının tanınmış aktyorlarından olub. Kübraxanım Dadaşovanı tamaşaçılar "Pirverdinin xoruzu", "Yuxu", "Cavid ömrü" və s. filmlərdə yaratdığı obrazlardan tanıyırlar.

Son xəbərlər

Orphus sistemi