Bakı. 20 noyabr. REPORT.AZ/ Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında iki yeni film çəkiləcək.
"Report" xəbər verir ki, bunu "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda rejissor İlqar Nəcəfin "Nar", Mirsadıq Ağazadənin "Köşk" filmlərinin çəkilişlərinə başlanılacaq: "Hər iki filmin çəkilişlərinə hazırlıq görülür".
M.Hətəmov deyib ki, bundan başqa kinostudiyada Dağlıq Qarabağ münaqişəsi və Qərbi Azərbaycan mövzusuna həsr edilən filmlər də çəkiləcək: "Bu mövzularda əsasən sənədli filmlər çəkməyi nəzərdə tuturuq. Amma bədii filmlər də olacaq".