Azərbaycanda “Siqaret çəkmə, film çək!” mövzusunda qısa film müsabiqəsi yekunlaşıb

Azərbaycanda “Siqaret çəkmə, film çək!” mövzusunda qısa film müsabiqəsi yekunlaşıb Müsabiqəyə 92 film təqdim olunub
İncəsənət
31 May , 2018 17:56
Azərbaycanda “Siqaret çəkmə, film çək!” mövzusunda qısa film müsabiqəsi yekunlaşıb
0 : 00
0 : 00

Bakı. 31 may. REPORT.AZ/ “Report” İnformasiya Agentliyi, “Cinemazadeh” studiyası, “Bakı Media Mərkəzi”, “CinemaPlus” kinoteatrlar şəbəkəsi, “Azad Azərbaycan” teleradio yayım şirkəti və CBC telekanalının sağlam həyat tərzinin təbliği ilə əlaqədar elan etdiyi “Siqaret çəkmə, film çək!” mövzusunda qısa film müsabiqəsi yekunlaşıb.

Müsabiqənin təşkilatçılarının verdiyi məlumata görə, bu ilin 31 yanvar tarixində elan olunan müsabiqəy, ümumilikdə, 92 film təqdim olunub.

Hazırda münsiflər tərəfindən filmlərin qiymətləndirilməsi prosesi aparılır.

Qaliblərin elan olunması və təntənəli mükafatlandırma mərasimi iyunun 13-də "CinemaPlus Ganjlik Mall"da baş tutacaq.

Müsabiqə üçün təqdim olunan videolar münsiflər heyətinə müəllifləri göstərilmədən təqdim olunub. Münsiflər heyətinə xalq artisti Şəfiqə Məmmədova, kino-ssenarist və rejissor Ramiz Fətəliyev, xalq artisti Murad Dadaşov, kinorejissor, ssenarist və prodüser Cəfər Axundzadə, kinorejissor Tahir Əliyev, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin rəhbərliyindən Zaur Darabzadə daxildir.

Müsabiqənin qalibi 3 000 manat, 2-ci yeri tutan ekran işi 2 000 manat, 3-cü yerə layiq görülən film 1 000 manat məbləğində mükafatlandırılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu imzalayıb. Bu qanun Azərbaycan əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.

Son xəbərlər

Orphus sistemi