"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tədbir dekabrın 2-dən etibarən başlayacaq və dekabrın 4-də başa çatacaq.
Tədbir çərçivəsində dekabrın 2-də saat 17.00-da "1969" Qalereyasında "İnquşetiya: tarix və müasirlik" adlı dekorativ-tətbiqi sənət sərgisinin nümayişi, saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət Günlərinin rəsmi açılışı olacaq. Mərasim konsertlə davam edəcək.
Dekabrın 3-də isə Mərdəkan Mədəniyyət Sarayında İnquşetiya incəsənət ustalarının iştirakı ilə konsertlər keçiriləcək.