Azərbaycan Tehranda keçirilən teatr festivalında iştirak edir

Azərbaycan Tehranda keçirilən teatr festivalında iştirak edir Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Tehranda keçirilən 37-ci Fəcr Beynəlxalq Teatr Festivalında təmsil olunur.
İncəsənət
59759
13 Fevral , 2019 13:06
Azərbaycan Tehranda keçirilən teatr festivalında iştirak edir
0 : 00
0 : 00

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Tehranda keçirilən 37-ci Fəcr Beynəlxalq Teatr Festivalında təmsil olunur.

“Report” xəbər verir ki, 12 ölkədən 13 teatrın çıxış etdiyi tədbirə Azərbaycan, rejissoru xalq artisti Cənnət Səlimova olan “Dünyanın sonundan kiçik bir teatr” tamaşası ilə qatılıb.

Festivalda həmçinin Finlandiya, Macarıstan, Norveç, İsveç, Fransa, Almaniya və Rumıniya kimi ölkələr təmsil olunur.

Tədbir Fransız sənətçi Pierre Jodlowski tərəfindən hazırlanan xatirələr mövzusunda da "Passage" adlı multimedia qurğusuna da ev sahibliyi edir.

Fevralın 13-də başlayan teatr ayın 23-də yekunlaşacaq. 

Son xəbərlər

Orphus sistemi