Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində keçirilən “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başa çatıb.
"Report" xəbər verir ki, tədbir iki gün davam edib.
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən forumda mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli, tanınmış teatr xadimləri, incəsənət nümayəndələri və xarici qonaqlar iştirak ediblər.
Forumda teatr mütəxəssislərinin iştirakı ilə auditoriya tələbinin formalaşdırılması və tamaşaçı axınının stimullaşdırılması, marketinq və reklam strategiyası, teatrların fəaliyyətində fandrayzing, alternativ maliyyə mənbələri və yeni maliyyələşdirmə mexanizmləri, prodüser institutunun milli teatr məkanında tətbiqi, çağdaş teatr prosesində müstəqil teatrların rolu, teatrın aktual məsələlərin effektiv təbliğat platforması kimi rolu, sistemin qurulması və innovativ ideyaların tətbiqi zərurəti, müasir teatr sənətində festival hərəkatı, region teatrlarında kadr potensialı mövzuları ətrafında müzakirələr aparılıb.
Sonda sual-cavab sessiyası baş tutub.
Xatırladaq ki, forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu davam edir.
"Report" xəbər verir ki, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli, tanınmış teatr xadimləri, incəsənət nümayəndələri və xarici qonaqlar iştirak edirlər.
Forumun sonuncu günü çərçivəsində konsepsiya və strateji hədəflər, teatr sahəsində insan kapitalının inkişafı kimi mövzular müzakirə olunacaq.