Azərbaycan musiqiçiləri Tbilisidə beynəlxalq festivalda iştirak edəcəklər

Azərbaycan musiqiçiləri Tbilisidə beynəlxalq festivalda iştirak edəcəklər Aprelin 4-də Tbilisi Beynəlxalq Xor Musiqisi Festivalı başlayacaq.
İncəsənət
1 Aprel , 2019 13:37
Azərbaycan musiqiçiləri Tbilisidə beynəlxalq festivalda iştirak edəcəklər
0 : 00
0 : 00

Aprelin 4-də Tbilisi Beynəlxalq Xor Musiqisi Festivalı başlayacaq.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə təşkilatçıların bu gün keçirdikləri mətbuat konfransında bildirilib.

Sayca 9-cu festival çərçivəsində 11 konsert keçiriləcək.

Beynəlxalq festivalda ABŞ, Azərbaycan, Litva və Almaniyadan olan musiqiçilər iştirak edəcəklər.

Konsertlər eksperimental konsert salonlarında, həmçinin Suxum Dövlət Dram Teatrı, Yakob Goqebaşvili adına məktəb və digər məkanlarda təşkil olunacaq.

Tbilisi meriyasının dəstəyi ilə baş tutacaq festival may ayının 14-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi