Azərbaycan filmləri Rusiyada kinofestivalda nümayiş olunacaq

Azərbaycan filmləri Rusiyada kinofestivalda nümayiş olunacaq Rusiya paytaxtında MDB ölkələrinin “Moskva Premyerası” adlı IV Beynəlxalq Film Festivalına start verilir.
İncəsənət
30 Noyabr , 2022 14:32
Azərbaycan filmləri Rusiyada kinofestivalda nümayiş olunacaq

Rusiya paytaxtında MDB ölkələrinin “Moskva Premyerası” adlı IV Beynəlxalq Film Festivalına start verilir.

“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə beynəlxalq kinofestivalın saytında bildirilib.

Azərbaycan festivalda Rusiya kinomatoqrafçıları ilə birgə çəkilmiş “Bu cənub şəhərində”, “Əlvida, cənub şəhəri”, “Alisanın bir günü”, “İstintaq” və digər filmlərlə təmsil olunacaq.

Festivalda həmçinin Belarus, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Latviya, Rusiya, Tacikistan və Özbəkistandan olan kino xadimləri də filmlərini nümayiş etdirəcəklər.

Son xəbərlər

Orphus sistemi