Azərbaycan Fəcr Beynəlxalq Film Festivalında təmsil olunacaq

Azərbaycan Fəcr Beynəlxalq Film Festivalında təmsil olunacaq Festival Asiya, Avropa və Böyük Orta Şərqdə ən prestijli və nüfuzlu festivallardan biri hesab olunur
İncəsənət
24 May , 2021 15:02
Azərbaycan Fəcr Beynəlxalq Film Festivalında təmsil olunacaq

Azərbaycan 38-ci Fəcr Beynəlxalq Film Festivalında təmsil olunacaq.

“Report” xəbər verir ki, gənc rejissor Lətif Lətifsoyun “Anya” adlı ilk qısametrajlı filmi festivalın iki əsas müsabiqə bölməsindən biri “Eastern Vista”ya seçilib.

Eksperimental-sənədli janrda olan film əvvəlki həyatında bir kənddə rus dili və ədəbiyyatı müəlliməliyi edən yaşlı Anyanın həyatından epizodlar təqdim edərək, onun düşüncə və xəyal dünyasının dərinliklərindən bəhs edir. Filmin xronometrajı 12 dəqiqədir.

Qeyd edək ki, festivalın 38-ci buraxılışı bu ilin 26 may - 2 iyun tarixlərində İranın Tehran şəhərində keçiriləcək.

Festival Asiya, Avropa və Böyük Orta Şərqdə ən prestijli və nüfuzlu festivallardan biri hesab olunur.

Son xəbərlər

Orphus sistemi