Azərbaycan Dövlət Rəqs Ansamblı İstanbulda konsert proqramı ilə çıxış edib
İncəsənət
- 27 may, 2024
- 14:29
Azərbaycan Dövlət Rəqs Ansamblı 36 ildən sonra İstanbulda ilk konsertini verib.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat yayıb.
Ansambl Cəmil Topuzlu adına amfiteatrın səhnəsində Azərbaycanın milli rəqslərini ifa edib.
Konsert Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev, Hacı Xanməmmədovun əsərləri səsləndirilib.
Qeyd olunub ki, Dövlət Ansamblı sonuncu dəfə 36 il əvvəl İstanbulda çıxış edib.
Xatırladaq ki, Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb. 2018-ci ildən ansamblın rəhbəri Xalq artisti Rüfət Xəlilzadədir.
Son xəbərlər
20:53
ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etmək niyyətində deyil
Digər ölkələr20:43
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi20:32
Foto
İrandan daha bir neçə ölkənin vətəndaşları Azərbaycana təxliyə edilib - YENİLƏNİB-3
Xarici siyasət20:20
Foto
İrandan fevralın 28-dən bu günədək Azərbaycana 1 899 nəfər təxliyə olunub
Xarici siyasət20:09
Müxtəlif ölkələrin rəsmiləri, qurumları və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib -YENİLƏNİB
Xarici siyasət19:58
Goranboyda qadın dəm qazından boğularaq ölüb
Hadisə19:45
Video
Macarıstanın İrandakı səfiri təxliyə köməyinə görə Azərbaycana təşəkkür edib
Xarici siyasət19:16
Bu gün ilk Qədr gecəsidir
Din19:03