Azərbaycan Dövlət Filarmoniyası ilin sonuna kimi konsert proqramını açıqlayıb

Azərbaycan Dövlət Filarmoniyası ilin sonuna kimi konsert proqramını açıqlayıb Klassik musiqinin pərəstişkarlarına yubiley konsertləri təqdim ediləcək
İncəsənət
297
4 Dekabr , 2014 12:10
Azərbaycan Dövlət  Filarmoniyası ilin sonuna kimi konsert proqramını açıqlayıb
Bakı. 4 dekabr. REPORT.AZ/ Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası dekabrın 5-dən başlayaraq maraqlı konsert proqramı ilə tamaşaçılarının görüşünə gəlir.

"Report" xəbər verir ki, bu barədə Dövlət Filarmoniyasının mətbuat xidməti məlumat yayıb.

Dekabrın 5-də musiqiçi Elmira Səfərovanın 80 illik yubileyi, dekabrın 16-da Xalq Çalğı Alətləri Orkestrinin, dekabrın 17-də Dövlət Xor Kapellasının konserti, dekabrın 18-də bəstəkar Sevda İbrahimovanın 75 illik yubileyi münasibətilə konsert, 19-da bəstəkar Fərəc Qarayevin yaradıcılıq gecəsi, dekabrın 23-də isə Azərbaycan Dövlət Kamera Orkestrinin 50 illiyinə həsr edilmiş konsert proqramı nümayiş ediləcək.

Qeyd edək ki, Filarmoniyanın səhnəsində dekabrın 20-də məşhur pianoçu Endri Tayzon Murad Adıgözəlzadə ilə birlikdə konsert proqramı ilə çıxış edəcək. Konsertdə dünya bəstəkarlarının klassik əsərləri ifa ediləcək.

Son xəbərlər

Orphus sistemi